"Tramp ağıldankəmdir" - Ruhani

 15:11 25.06.2019     9619

İran prezidenti Həsən Ruhani amerikalı həmkarı Donald Trampı sərt tənqid edib.

Redaktor.az-ın “euronews”ə istinadən məlumatına görə, o, dini lider Ayətullah Əli Xameneiyə qarşı sanksiyaların nəticə verməyəcəyini bildirib:

“Son qadağalar ABŞ-ın çarəsizliyini göstərir. Vaşinqtonun Tehranla dialoq qurmaq niyyəti yalandır.  “Ağ ev”in qərarları onlarda əqli çatışmazlığın olduğunu göstərir”.

Anar Türkeş / Redaktor.az