Gürcüstan parlamentinin yeni sədri seçilib

 14:59 25.06.2019     677

Gürcüstan parlamentinin yeni sədri müəyyənləşib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, "Gürcü Arzusu" partiyasından olan millət vəkili Arçil Talakvadze 101 millət vəkilindən 94-nün lehinə səs verməsi ilə parlamentin yeni sədri seçilib. Səsvermədə "Milli Hərəkat" və "Avropalı Gürcüstan" partiyasından olan deputatlar iştirak etməyiblər.