SON DƏQİQƏ: Rusiyada 6,6 bal gücündə ZƏLZƏLƏ OLDU

 15:04 25.06.2019     5222

Rusiyanın şərq sahillərindəki Berinq boğazında güclü zəlzələ baş verib.

Redaktor.az “euronews”ə istinadən xəbər verir ki, yeraltı təkanların gücü rixter cədvəli üzrə 6,6 bal gücündə olub. Məlumata görə, zəlzələnin episentri Komandor adaları yaxınlığında yerin 33 kilometr dərinliyində yerləşib.

Yeraltı təkanlardan sonra sunami təhlükəsi elan edilməsə də, sakinlərə diqqətli olmaq tövsiyyə edilib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb. Hər ehtimala qarşı bölgəyə xilasedicilər cəlb edilib.  Qeyd edək ki, son günlər Sakit okeanı regionunda gücü 6 baldan çox olan 4 zəlzələ qeydə alınıb.

Anar Türkeş / Redaktor.az