Robert Köçəryan yenidən HƏBS EDİLDİ

 16:40 25.06.2019     2107

Ermənistanın Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanın azadlığa buraxılması barədə qərarı ləğv edib və o, yenidən həbs edilib. 

Redaktor.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, Köçəryanın azadlığa buraxılması üçün təqdim edilən girov məbləği geri qaytarılacaq. Keçmiş prezidentin qərardan şikayət etməsi üçün 15 gün vaxtı var.

Anar Türkeş / Redaktor.az