İran ABŞ-a məxsus uçuş aparatını öz ərazisində vurub - Rusiya

 17:38 25.06.2019     2141

“İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını öz ərazisində vurub”.

Redaktor.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Petruşev belə açıqlama verib. O, bildirib:

“Rusiya Müdafiə Nazirliyindən aldığım məlumata görə, ABŞ-a məxsus aparat İranın hava məkanında olub”.

Qeyd edək ki, Petruşev ABŞ-Rusiya-İsrail zirvəsində iştirak etmək üçün Qüdsə səfər edib.

Anar Türkeş / Redaktor.az