ABŞ-dan növbəti TƏHDİD: İran israr edərsə, müharibə qaçılmaz ola bilər

 18:06 25.06.2019     2362

“İran danışıqlar masasına əyləşməsə, yeni sanksiyalara məruz qalacaq”.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton belə deyib.

Qüdsdə, ABŞ-Rusiya-İsrail zirvəsindən sonra jurnalistlərin suallarını cavablandıran Bolton bildirib ki, Vaşinqton gərginliyin danışıqlar yoluyla seçilməsinin tərəfdarıdır.

“Lakin İran nüvə məsələsində israr etsə, müharibə seçimi də masada olacaq” - deyə o, qeyd edib.

Anar Türkeş / Redaktor.az