Ərdoğan İstanbul sakinlərini belə "CƏZALANDIRDI" - VİDEO

 15:43 28.06.2019  14670

Türkiyənin Nəqliyyat Nazirliyi İstanbulda uzun tıxaclara səbəb olan Fatih Sultan Mehmet körpüsündəki təmir işləri ilə bağlı açıqlama verib.

Redaktor.az-ın məlumatına görə, nazirlikdən bildirilib ki, asfalt qatı yenidən çəkildiyinə və konstruksiyada təmir işləri aparıldığına görə, körpünün bir hissəsi tamamilə bağlanıb. Nazirlik vətəndaşları təmkinli olmağa çağırıb. Qeyd edək ki, iki gün əvvəl başlayan təmir işlərinin 52 gün davam edəcəyi gözlənilir. Avropa və Asiyanı birləşdirən körpünün bir hissəsinin bağlanması İstanbulda uzun tıxaclara yol açıb. Minlərlə sürücü və sərnişin saatlarla yollarda qalıb.

Təmir işlərinin Əkrəm İmamoğlunun bələdiyyə mandatının aldığı gün başlaması müxalifətin diqqətindən qaçmayıb. Onlar iddia edir ki, hakim dairələr bu yolla Binəli Yıldırıma etimad göstərməyən İstanbul sakinlərini cəzalandırır.

Anar Türkeş / Redaktor.az