Ərdoğanla görüş zamanı Trampdan ŞOK "S-400" AÇIQLAMASI - VİDEO

 10:51 29.06.2019     5969

Yaponiyanın Osaka şəhərində davam edən G20 zirvəsi çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında görüş olub. 

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, “Ağ ev” rəhbəri görüşün mətbuata açıq hissəsində “S-400”lərlə bağlı önəmli açıqlama verib. O, bildirib ki, Obama adminstrasiyası Ankaraya qarşı ədalətli davranmayıb:

“Prezident Rəcəb Tayyib Ərdoğan Obama adminstrasiyasından Patriot almaq istədi. Lakin Vaşinqtonda buna icazə vermədilər. İndi vəziyyət qarışıqdır. Ankaraya qarşı ədalətli davranmağa məcbursuz”.

Tramp Türkiyə ilə ticarət əlaqələrinin həcminin 75 milyard dollardan 100 milyard dollar səviyyəsinə çatdırmaq niyyətində olduğunu ifadə edib. “Ağ ev” rəhbəri Türkiyəyə gəlmək istədiyini bildirsə də, səfərin tarixinə dair açıqlama verməyib.

Qeyd edək ki, liderlər arasında təkbətək görüş 30 dəqiqə davam edib. Həm Türkiyə həm də ABŞ tərəfi təkbətək görüşün yekunlarına dair açıqlama  verib. Açıqlamada görüş zamanı ikili münasibətlərlə yanaşı Suriyadakı vəziyyətin, “S-400”məsələsinin və ticarət mövzularının müzakirə olunduğu vurğulanıb.

Anar Türkeş / Redaktor.az