İran odla oynayır - Tramp

 11:57 02.07.2019     7087

ABŞ prezidenti Donald Tramp, İranın az zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı nüvə sazişində nəzərdə tutulan həddi aşmasına münasibət bildirib.

Redaktor.az-ın BBC-yə istinadən xəbərinə görə, o, bəyan edib ki, Tehranın addımları vəziyyəti daha da gərginləşdirəcək.

“İranın addımları qəbuledilməzdir. Odla oynayırlar” -  deyə Tramp bəyan edib.

Anar Türkeş / Redaktor.az