İNANILMAZ: 17 il sonra günahsız olduğu SÜBUTA YETİRİLDİ

 13:58 02.07.2019     9057

ABŞ-ın Luiziana ştatında Royal Klark adlı şəxsin 17 il sonra günahsız olduğu sübut olunub. O, məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Redaktor.az DHA agentliyinə istinadən xəbər verir ki, Royal 2001-ci ildə restoranda törədilən silahlı soyğuna görə həbs olunmuşdu. Restoran işçisi soyğunu Royalın törətdiyini irəli sürüb. Başqa dəlil olmasa da, məhkəmə onun barəsində 49 il iş kəsmişdi.

İllər sonra vəkillərin təzyiqi nəticəsində cinayət yenidən araşdırılıb və barmaq izi sayəsində Royalın günahsız olduğu sübut olunub.

Anar Türkeş / Redaktor.az