Ərdoğanın Çin səfəri başladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfər edib.
Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Pekində dövlət başçısı üçün rəsmi qarşılama mərasimi təşkil olunub. Yaxın saatlarda Ərdoğanın Çin sədri Si Cinpinlə görüşü baş tutacaq. Ardınca dövlət başçılarının geniş tərkibdə görüşü olacaq.
Qeyd edək ki, səfər zamanı Türkiyə prezidentini Xarici İşlər naziri Mövlud Çavuoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayraq, Müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər müşayiət edir.
Anar Türkeş / Redaktor.az