Çexiya Rusiya təyyarələrinə qarşı qadağanı TƏXİRƏ SALDI

 14:10 02.07.2019     10370

Çexiya, Rusiya hava yolları şirkətlərinə qarşı qoyulan qadağanı təxirə salıb.

Redaktor.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, Çexiyanın Nəqliyyat Nazirliyi belə məlumat yayıb. Açıqlamada uçuşlara qoyulan qadağanın iyulun 7-nə qədər təxirə salındığı qeyd olunub.

Xatırladaq ki, Çexiya hökuməti Rusiyanın “Ural”, “Pobeda” və “Aeroflot” aviaşirkətlərinin ölkəyə uçuşuna qadağa qoyub. Səbəblər açıqlanmır.

Anar Türkeş / Redaktor.az