İtaliyanın Stromboli adasında vulkan püskürdü - FOTO

 23:37 03.07.2019     1343

İtaliyanın Stromboli adasında güclü vulkan püskürüb.

Redaktor.az-ın məlumatına görə, sonuncu dəfə bu vulkan 2009-cu ildə oyanıb.

Hadisə şahidlərinin sözlərinə görə, uzaq məsafədən vulkanın zirvəsindən axan lavanı görmək mümkündür.

Bundan əlavə, vulkan püskürərkən havaya böyük miqdarda qara qatı tüstü və qaynar daş parçaları atıldığı qeyd edilir.