Yunus-Bek Yevkurov Rusiya müdafiə nazirinin müavini təyin olunub

 16:01 08.07.2019     6497

Ruasiya Federasiyası İnquşetiya Respublikasının sabiq rəhbəri Yunus-Bek Yevkurov Rusiya müdafiə nazirinin müavini təyin olunub.

Redaktor.az-ın apa.az-a istinadən məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Yevkurova, həmçinin, general-leytenant rütbəsi verilib.  

 

Qeyd edək ki, Yunus-Bek Yevkurov 2008-ci il oktyabrın 30-dan 2019-cu il iyunun 24-dək İnquşetiyaya rəhbərlik edib.

Onun istefasından sonra V. Putin bu vəzifənin icrasını müvəqqəti olaraq Mahmud-Əli Kalimatova həvalə edib.