Nüvə sazişinin qüvvədə qalması Avropa ölkələrindən asılıdır - AÇIQLAMA

 17:02 09.07.2019  13000

“İranın nüvə sazişinin şərtlərinə əməl etməsi Avropa ölkələrinin addımlarından asılıdır”.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, İranın hökumət sözçüsü Ali Rəbii belə açıqlama verib. O, bildirib ki, nüvə sazişinin qüvvədə qalması üçün tərəflər üzərinə düşən öhdəliklərə əməl etməlidir.

“Avropa ölkələri üzərinə düşdüyü öhdəlikləri nə qədər yerinə yetirərsə, İran da nüvə sazişinə o qədər əməl edəcək” -  deyə hökumət sözçüsü bildirib.

Anar Türkeş / Redaktor.az