SON DƏQİQƏ: Putin Gürcüstanla bağlı gözlənilməz QƏRAR VERDİ

 16:55 09.07.2019     17137

Rusiya prezidenti Vladimir Putin Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsini doğru hesab etmir.

Redaktor.az Ria novosti agentliyinə istinadən xəbər verir ki, Kreml rəhbəri qadağaların gürcü xalqına hörmətsizlik olacağını ifadə edib. Onun sözlərinə görə, qadağalar münasibətləri daha da gərginləşdirə bilər.

Xatırladaq ki, Dövlət Dumasında Gürcüstana qarşı iqtisadi tədbirlərin görülməsi barədə bəyənat qəbul olunub. Bəyanatda Gürcüstana qarşı sanksiyaların tətbiqinin məqsədəuyğun olduğu vurğulanıb və bu barədə prezident Vladimir Putinə müvafiq təkliflərin təqdim edilməsi tövsiyə edilib.

Bəyanatda deyilir ki, tədbirlər şərab, mineral su idxalını, ticarət sahəsini, o cümlədən turizmi əhatə edə bilər. Qadağaların tətbiqinin vacibliyi Rusiyaya qarşı təxribatların törədilməsi ilə əlaqələndirilib.Bildirilib ki, radikal qüvvələrin addımları ölkələr arasında münasibətlərin daha da pisləşməsinə gətirib çıxara bilər. Xatırladaq ki, Gürcüstanın “Rustavi 2 “ televiziyasında Putinin təhqir olunması Rusiyada sərt etiraza səbəb olub.

Anar Türkeş / Redaktor.az