Milyarder Tom Stayer ABŞ-da Prezidentliyə namizəd olacaq

 00:18 10.07.2019     855

ABŞ-lı milyarder Tom Stayer 2020-ci ildə prezident seçkiləriində iştirak edəcək.

Redaktor.az MK-ya istinadən xəbər verir ki, bu barədə Stayer öz sosial şəbəkə hesabında yazıb. Milyarderin Demokrat Partiyasından mübarizəyə qoşulacağı bildirilir.

Qeyd edək ki, Tom Stayerin varidatı 1,6 milyard dollara bərabərdir.

Rüfət Xəlil / Redaktor.az