SON DƏQİQƏ: Rusiyada DƏHŞƏTLİ YANĞIN - Çox sayda yaralı var / VİDEO

 15:11 11.07.2019  4093

Moskva yaxınlığındakı Mıtişi şəhərində yerləşən “Şimal” İstilik Elektrik Stansiyasında baş verən güclü yanğın zamanı xəsarət alanların sayı 12 nəfərə çatıb.

Redaktor.az Tass agentliyinə istinadən xəbər verir ki, sürətlə ətrafa yayılan alovun hündürlüyü 50 metrə qədər yüksəlib. Alovun yayılmasının qarşısını almaq üçün əraziyə çox sayda yanğınsöndürən cəlb edilib. Ərazidə partlayış səsləri eşidilib. Yanğının fəsadları araşdırılır.

Anar Türkeş / Redaktor.az