Kaşıkçının qətlini sifariş edənlər mühakimə edilməlidir - Ceremi Hant

 16:51 11.07.2019  4447

“Ərəb jurnalist Camal Kaşıkçını qətlə yetirənlərin cəza aldığından əmin olmalıyıq”.

Redaktor.az xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər naziri Ceremi Hant Anadolu agentliyinə açıqlamasında belə deyib. O, bildirib ki, ədalətin təmin olunması üçün lazımi addımlar atılmalıdır:

“Bu dəhşətli cinayətin əmrini verən şəxsin ədalət qarşısına çıxdığından əmin olmalıyıq. Qətl hadisəsi ilə bağlı prosesi düzgün yönləndirmək lazımdır. Bu hadisə ölkəmizin dəyərlərinə ziddir”.

Anar Türkeş / Redaktor.az