Timsahların əcdadları VEGETARİAN OLUB - Alimlər AÇIQLADI

 21:57 11.07.2019     3433

ABŞ-ın nüfuzlu Yuta Universitetinin alimləri Kiqan Melstrom və Rendal İrmis alliqator-timsahlarla bağlı araşdırma aparıblar.

Redaktor.az RT-yə istinadən xəbər verir ki, araşdırma “Current Biology” dərgisində nəşr olunub.

Alimlər qədim timsahların daşlaşmış dişlərini araşdıraraq maraqlı faktlar aşkarlayıblar. Sən demə təbaşir dövründə yaşayan timsahlar ətlə yox, yalnız bitkilərlə qidalanıblar.

Bu cür vegeterian timsahların 200 milyon il əvvəl yaşadığı məlum olub. Araşdırma müəllifləri vegeterian timsahların təbaşir dövründə dinozavrlarla bir yerdə məhv olduğunu qeyd ediblər.

Rüfət Xəlil / REDAKTOR.AZ

Vumart və Güvən reklamı Vumart Güvən