Duşa linza ilə girdi KOR OLDU

 23:05 11.07.2019  3552

İngiltərənin Şrusberi şəhərində qəribə hadisə baş verib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, kontakt linza ilə duş qəbul edən 29 yaşlı Nik Hamfrizin bir gözü kor olub. Bir gözünün nurunu itirən Hamfriz hadisədən sonra həkimə müraciət edib. Həkimlər su ilə təmas edən linzadan onun gözünə təhlükəli infeksiya keçdiyini qeyd ediblər.

Hamfriz jurnalistlərə açlqlamasında duşa linza ilə girməyin bu dərəcədə təhlükəli ola biləcəyindən xəbərsiz olduğunu bildirib.

Yaxın günlərdə biçarə ingilisin gözündən əməliyyat olunacağı istisna edilmir.

Rüfət Xəlil / REDAKTOR.AZ