Afrində iki partlayış baş verib: 14 ölü, 35 yaralı

 23:30 11.07.2019  3881

Suriyanın şimalında yerləşən Afrin şəhərində ardıcıl iki partlayış baş verib.

Redaktor.az Trend-ə istinadən bildirir ki, partlayışlar nəticəsində 2-si uşaq olmaqla 8 dinc sakin və müxtəlif silahlı qruplaşmaların 6 üzvü həlak olublar, 35 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Məlumata əsasən, ilk partlayış şəhərin girişində olan nəzarət-buraxılış məntəqəsində, ikinci partlayış isə şəhərin mərkəzində baş verib.