Venesuela hökuməti ilə müxalifəti arasında danışıqlar başa çatdı

 11:05 12.07.2019  20553

Venesuela hökuməti ilə müxalifəti arasında Barbados adasında baş tutan danışıqlar başa çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə hökumətin baş müzakirəçisi Jorje Rodrigez açıqlama verib. Məlumata görə, danışıqlar 3 gün davam edib.

Müzakirələrin yekunlarına dair açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl Norveçin paytaxtı Osloda baş tutan danışıqlar nəticəsiz başa çatmışdı.

Anar Türkeş / Redaktor.az