Ərdoğan rus raketi ilə Qərbi vurdu

Almaniyanın "Di Velt" nəşrinin əməkdaşı Boris Kalnoki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təzyiqlərə rəğmən Rusiya istehsalı olan S-400 zenit-raket sistemlərini satın almasını şərh edib.
Redaktor.az Teleqraf.com-a istinadən xəbər verir ki, "Ərdoğan rus raketi ilə Qərbi vurdu" başlıqlı yazıda Türkiyənin Yaxın Şərqdəki proseslərdə Rusiyanı müttəfiq kimi gördüyü qeyd edilir.
İddiaya görə, NATO və ABŞ-ın tənqidlərinə baxmayaraq Türkiyənin Rusiya ilə sazişə sadiq qalmasının səbəbi bölgədə rəsmi Vaşinqtonla müqayisədə Kremlin daha təsirli olması ilə əlaqədardır.