Avstraliyanın sahillərində zəlzələ - 5,5 bal gücündə

 09:09 15.07.2019     20097

Avstraliyanın şimal-qərb sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Redaktor.az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri Brum yaşayış massivindən 208 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən