Sudanda hərbçilər və müxalifət razılığa gəldi

 15:10 17.07.2019     13062

Sudanda Hərbi Şura ilə müxalifət arasında keçid hökumətinin qurulmasına dair müqavilə imzalanıb.

Redaktor.az xəbər verir ki, keçid hökumətinin 39 ay hakimiyyətdə qalması planlaşdırılır. İmzalanma mərasimi Afrika Birliyinin  vasitəçiliyi ilə baş tutub. 10 saata qədər davam edən danışıqlardan sonra tərəflər ilkin razılığa gəlib.

Qeyd edək ki, 4 ay əvvəl Sudanda hərbi çevriliş nəticəsində prezident Ömər əl-Bəşir devrilib.

Anar Türkeş / Redaktor.az