Ərdoğan Ərbildəki hücuma münasibət bildirdi

 17:55 17.07.2019     2305

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərbildə törədilən terror aktı ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, o yazılı açıqlamasında bildirib:

“Hücumu təşkil edənlərin saxlanılması üçün İraq tərəfi və yerli nümayəndələrlə təşəbbüslərimiz davam edir”.

Xatırladaq ki, İraqın şimalındakı Kürd Muxtariyyətinin paytaxtı Ərbildə restorana təşkil olunan silahlı hücum nəticəsində bir neçə nəfər həlak olub. Ölənlər arasında Türkiyənin Ərbildəki baş konsulunun köməkçisi Hakan Karaçay da var. Terrorçu məhv edilib.

 

Anar Türkeş / Redaktor.az