Nigeriyada bina uçdu - 12 nəfər altında qalaraq öldü

 21:57 17.07.2019     3616

Nigeriyada 4 mərtəbəli bina uçulub.

 İnsident nəticəsində 12 nəfər dağıntılar altında qalaraq həlak olub. Daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Mağaza və yaşayış mənzillərinin yerləşdiyi binanın hansı səbəbdən uçulması barədə dəqiq məlumat verilmir. /trend/