İranda tayfalar bir-birini qırdı - 1 ölü, 13 yaralı

 22:49 17.07.2019     3924

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əlvan şəhərində saatlarla davam edən tayfa davası 1 nəfərin ölməsi ilə nəticələnib.

Redaktor.az Trend-ə istinadən bildirir ki, bunu İranın Xuzistan vilayəti Şuş rayonu Şavur məntəqəsinin prokuroru Faxir Bavi deyib.

F.Bavinin sözlərinə görə, ötən gün 14:30-da başlanan tayfa davası gecə saatlarına qədər davam edib.

Hadisədə daha 13 nəfər yaralanıb. Qarşıdurma zamanı, həmçinin 5 mənzil yandırılıb.

İnsidentlə bağlı 5 nəfər saxlanılıb, qatilin isə axtarışları davam edir.