Türkiyə qırıcıları əməliyyat keçirdi - 7 PKK üzvü məhv edildi

 01:22 18.07.2019     3181

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İraqın şimalında yerləşən Metina rayonunda PKK qruplaşmasına qarşı antiterror əməliyyatı keçiriblər.

Redaktor.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 7 PKK terrorçusu zərərsizləşdirilib.

Bundan başqa, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları dağıdılıb.

Rüfət Xəlil / Redaktor.az