Türkiyə NATO-dan çıxarılır? - Stoltenberq qəti cavab verdi

 10:43 18.07.2019     3979

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə ilə əlaqələr və Ankaranın “S-400” alması ilə bağlı açıqlamalar verib.

Redaktor.az-ın məlumatına görə, o BBC-yə müsahibəsində bildirib ki, Türkiyə hərbi alyans üçün önəmli müttəfiqdir və Ankara ilə əməkdaşlıq “F-35”lərdən daha önəmlidir:

“Ölkələr hansı növ müdafiə sistemləri alacağına özləri qərar verir. Lakin NATO üçün önəmli olan  bu sistemlərin hərbi alyansın sistemləri ilə uyğunlaşma məsələsidir.”S-400”lər NATO-nun hava hücumundan müdafiə sistemlərinə inteqrasiya olmayacaq. Çünki onların birgə fəaliyyəti mümkün deyil. Türkiyə də belə tələb irəli sürməyib. Ankara NATO-nun hava hücumundan müdafiə sistemlərinin bir parçası idi. Bu belə də davam edəcək. Lakin bu vəziyyət məni narahat edir.Çünki Türkiyə artıq “F-35” proqramında iştirak etməyəcək”.

Anar Türkeş / Redaktor.az