ABŞ-da HƏYƏCAN: Milyonlarla insan yadplanetlilərin olduğu iddia edilən bazaya hücuma hazırlaşır - FOTOLAR

 11:29 18.07.2019     4533

Sosial mediada ABŞ-ın Nevada ştatında yadplanetlilərin saxlanıldığı iddia edilən gizli bazaya sentyabrın 20-də basqın edilməsi barədə çağırış edilib.

Redaktor.az xəbər verir ki, 2,5 milyon internet istifadəçisinin çağırışa qoşulması ABŞ Hava Qüvvələrində narahatlıq yaradıb. Hava Qüvvələrindən çöllük ərazidə yerləşən “Area 51” bazasından uzaq durmaq barədə çağırışlar edilib.

Hərbçilər “New York Times” qəzetinə açıqlamasında bazaya daxil olmağın təhlükəli və qadağan olduğunu bəyan edib.

Qeyd edək ki, bazanın ətrafındakı xəbərdarlıq lövhələrində əraziyə icazəsiz daxil olanlara qarşı güc tətbiq oluna biləcəyi vurğulanır.

Bazanın hansı məqsədlər üçün istifadə olunduğu uzun müddətdir müzakirə mövzusudur.

Anar Türkeş / Redaktor.az