Gürcüstanda polislə oğrular arasında atışma olub

 09:00 21.07.2019     498

Tbilisidə oğurluq faktının qarşısı alınarkən polislə oğrular arasında atışma baş verib.

Redaktor.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, atışma Tbilisidə yerləşən "Karvasala" ticarət mərkəzində oğurluğa cəhd edən iki nəfərin saxlanılması zamanı qeydə alınıb. Hadisə nəticəsində yaralanan olmayıb. Faktla bağlı cinayət işi açılıb.