Türkiyədən növbəti əməliyyat: 3 PKK terrorçusu məhv edildi

 09:46 21.07.2019     571

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında PKK terrorçularının mövqelərinə zərbələr endiriblər.

Redaktor.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdaifə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: "Türkiyə HHQ "Pəncə" əməliyyatı ilə koordinasiyada İraqın şimalında yerləşən Metina rayonunda PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər. Əməliyyat zamanı 3 PKK terrorçusu məhv edilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları da məhv edilib".