Merkelin gəlirləri açıqlandı

 10:47 21.07.2019     565

Almaniya Federatif Respublikasının kansleri Angela Merkelin aylıqgəliri açıqlanıb. 

Redaktor.az Unikal.org istinadən xəbər verir ki, bu barədə Bundestaqın mətbuat xidməti məlumat verib.

Bildirilir ki, siyasətçi ayda 19796,68 avro alır. Merkelin bu vəsaitdən rəsmi maaşı 17701,40 avro təşkil edir.

 Yekun məbləğ əlavə artırmaların əlavə edilməsi hesabına alınır. Belə vəzifə artımı 30,68 avro təşkil edir.

Bundan başqa, Merkel 50 faiz nümayəndə xərclərindən alır. Çünki bundestaqın üzvüdür. O, həmçinin 25 faiz parlament üzvü kimi qazanır.

Ekspertlər Almaniyanın kanslerinin illik gəlirini 333 nin avro kimi dəyərləndiriblər.