Türkiyədə S-400-lə bağlı gerb: Tarixi təsvir... - Foto

 11:22 21.07.2019     621

Türkiyədə yaradılan S-400 Raket Əleyhinə Müdafiə Alay Komandanlığının gerbi hazırlanıb.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrində bir ənənə olan gerb S-400 raketləri üçün yaradılan 1-ci donanma üçün də tətbiq olunub.

Türkiyə Hərbi Hava Qüvvələrində bir çox gerbi hazırlayan Ömər Erkmən S-400-lərin xüsusi gerbini hazırlayıb. Gerbin üzərində at üstündə ox atan Oğuz döyüşçüsü təsvir edilib.