Yunan baş nazirdən gözlənilməz: Ərdoğana çağırış etdi

 11:35 21.07.2019     658

Cəsur addımlar atacağımız ortaq yanaşma üçün Ərdoğana səslənirəm.

Redaktor.az axar.az-a xəbər verir ki, bu sözləri Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ölkəsinin Türkiyə ilə münasibətləri barədə danışarkən deyib. O, əsəbi ritorikadan uzaq duraraq beynəlxalq hüquq və dostyana əməkdaşlıq üzrə hərəkət etmək istədiklərini bildirib:

“Bu coğrafiyada birlikdə yaşayırıq. Gərəksiz gərginliklər və silahlanma iki ölkəni də dəyərli qaynaqlardan məhrum edir. Bunlardan ölkələrimizin xeyrinə istifadə etmək olar”.

Qeyd edək ki, Türkiyənin Şərqi Aralıq dənizində, beynəlxalq sularda qazma işlərinə başlaması iki ölkə arasında gərginliyə səbəb olub.