Ukraynanın Azərbaycandakı səfirliyində parlament seçkiləri üzrə səsvermə başlayıb

 12:07 21.07.2019     599

Ukraynada Ali Radaya növbədənkənar seçkilər üzrə səsvermə start götürüb.

Redaktor.az report.az-a istinadən xəbər verir ki, Azərbaycanda olan Ukrayna vətəndaşları bu ölkənin Bakıdakı səfirliyində açılmış 3 saylı seçki məntəqəsində öz səslərini verə bilərlər.

Ukrayna səfirliyindən verilən məlumata görə, sözügedən məntəqə Bakı vaxtı ilə 09:00-da fəaliyyətə başlayıb və 21:00-da işinə yekun vuracaq.