Ukrayna hərbçiləri Donbasda minaya düşüb, 2 əsgər ölüb, 2-i yaralanıb

 16:17 21.07.2019     1310

Bu gün Ukrayna hərbçiləri Donbasda minaya düşüb.

Redaktor.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə səhər saat 08.25 radələrində Sçastye yaşayış məntəqəsində baş verib.  

Ukrayna  Müdafiə Nazirliyi partlayış nəticəsində 2 hərbçinin öldüyü, 2 hərbçinin yaralandığını açıqlayıb.

Yaralı hərbçilərin həyatı üçün təhlükə yoxdur.(apa)