"Taliban"ın 35 silahlısı Qurban bayramı münasibətilə əfv olunub

 15:53 12.08.2019     4229

Əfqanıstan Prezidenti Əşrəf Qani ölkənin Milli Təhlükəsizlik İdarəsinin həbsxanasında cəza çəkən radikal "Taliban" hərəkatının 35 silahlısını əfv edib.

Redaktor.az-ın "Khaama Press"ə istinadən xəbər verir ki, əfvlə bağlı sərəncam Qurban bayramı münasibətilə imzalanıb. 

Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi əfv edilmiş silahlıları ölkədəki "sülh və stabilliyin düşmənlərindən" uzaq durmağa səsləyib.(apa)