SON DƏQİQƏ! Avqustun 28-i baş verəcək – NASA AÇIQLADI

 17:43 12.08.2019     3513

NASA 2019 OU1 adlı asteroidin Yer kürəsinə yaxınlaşması ilə bağlı xəbərdarlıq yayıb.

Redaktor.az  xəbər verir ki, agentlik nəhəng göy cisminin diametrinin 160 metr olduğunu qeyd edib.

Saniyədə 13 kilometr sürətlə uçan, Misirdəki Xeops ehramı böyüklüyündə olan asteroidin Yerə ən yaxın keçəcəyi vaxt avqustun 28-də olacaq.

Mütəxxəssislər bildirib ki, asteroid Yer üçün xüsusi təhlükə törətməyəcək. Obyekt Yerdən təxminən 1 milyon kilometr aralı keçəcək. Bu məsafə Aydan 2,5 dəfə çoxdur.

Rüfət Xəlil /Redaktor.az