Qurban bayramında BƏDBƏXT HADİSƏ - Əli ətçəkən maşında qaldı

 17:24 12.08.2019     1177

Bayramda ət çəkərkən əli maşında qalıb.  

Redaktor.az bildirir ki, hadisə Türkiyənin Qaziantep şəhərində baş verib. Suriya əsilli olan 14 yaşlı oğlan atasının işlətdiyi qəssabxanada ət çəkərkən bədbəxt hadisəylə üzləşib.

Oğlanın əli ətçəkən maşında qalıb. Xəlil Zavak adlı uşaq təcili xəstəxanaya qaldırılıb. Həkimlər əlin amputasiya olunacağını bildiriblər.