Türkiyədə 4,2 bal gücündə zəlzələ olub

 23:49 12.08.2019  123

Türkiyənin Diyarbəkir vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 16:34-də Hazro rayonunda qeydə alınıb.

Zəlzələnin episentri 6,41 kilometr dərinlikdə yerləşib.

Rüfət Xəlil