Rusiya Təhlükəsizlik Şurasının katibi Nikol Paşinyanla görüşüb

 16:18 13.08.2019  24

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Redaktor.az bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“Nikolay Patruşev və Nikol Paşinyan təhlükəsizlik, iqtisadiyyat, investisiya sahələrində Rusiya və Ermənistan arasında əməkdaşlıq məsələlərini, həmçinin beynəlxalq gündəmi müzakirə ediblər”, - deyə mətbuat xidmətinin məlumatında bildirilib. / APA