"Bütün gücümüzlə bunun qarşısını almalı və ölkənin ərazi bütövlüyünü qorumalıyıq" - Əli Xamenei

 23:37 13.08.2019     329

İran İslam Respublikasının Ali dini lideri Ayətulla Əli Xamenei Yəmən haqda danışıb.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, Xamenei Səudiyyə Ərəbistanı və BƏƏ-nin Yəməni parçalamağa çalışdığını bəyan edib.

"Onlar Yəməni parçalamaq istəyir. Bütün gücümüzlə bunun qarşısını almalı və ölkənin ərazi bütövlüyünü qorumalıyıq"- deyə dini lider bildirib.

Rüfət Xəlil/ Redaktor.az