Rusiyada ağır yol qəzası - 5 nəfər ölü

 23:58 13.08.2019  361

Rusiyanın Krasnodar vilayətində dəhşətli yol qəzası baş verib.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, Temruk-Krasnodar-Kropatkin magistral yolunda baş verən qəzada 4 nəfər həyatını itirib.

3 avtomobilin toqquşması səbəbindən yolda böyük tıxac yaranıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Rüfət Xəlil/ Redaktor.az