Rusiyada ağır yol qəzası - 1 ölü, 20 yaralı / VİDEO

 21:12 17.08.2019     2239

Rusiyanın Perm şəhərində ağır yol qəzası baş verib.

Redaktor.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sərnişin avtobusu mağaza divarına çırpılıb. Nəticədə avtobusdakı sərnişinlərdən 1-i ölüb, 20-si yaralanıb. Yaralılar arasında uşaqlar da var.

Qəzaya avtobusun təkərinin partlaması səbəb olub.(Qafqazinfo)