İsraildə həyəcan: Əhaliyə xəbərdarlıq edildi

 04:32 18.08.2019     1065

Qəzza sektorundan raket hücumu təhlükəsi səbəbindən İsrailin cənubunda həyəcan siqnalı işə düşüb.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Sderote şəhərində, İbim yaşayış məntəqəsində, Qevim və Nir-Am kibuçunda, həmçinin Sapir kollecində həyəcan siqnalı verilib. Əhaliyə xəbərdarlıq edilib”, - deyə bildirilib.

Qeyd edək ki, dünən İsrail ordusu Qəzzadan buraxılan raketi məhv etmişdi.