Məşhur teleaparıcı təyyarə qəzasında öldü - FOTO

 10:00 18.08.2019     562

ABŞ-ın Yeni Orleanın yerli teleaparıcısı Nensi Parker təyyarə qəzası nəticəsində həlak olub.

Redaktor.az trend.az-a istinadən bildirir ki, hadisə avqustun 16-sı 53 yaşlı N.Parkerin mürəkkəb tryuklar həyata keçirən pilot barədə reportajı verərkən baş verib.

Jurnalistlə birgə reportajın qəhrəmanı da həlak olub.

Kanalın məlumatına görə, Parker işlədiyi müddətdə beş "Emmi" mükafatını alıb.