Tramp tərəfdarını təhqir etdi: Get evə...

 11:43 18.08.2019     612

ABŞ Prezidenti Donald Tramp Mançester şəhərindəki çıxışında tərəfdarlarından birini təhqir edib.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, stadionda bir qrup prezident əleyhdarı peyda olub və mühafizəçilər onları uzaqlaşdırmağa başlayıb. Bu vaxt Tramp bir nəfər kişini göstərərək onu bayıra atmağı tələb edib.

“Bu cavan oğlanın çəkisi ilə bağlı ciddi problemləri var. Get evə. İdmanla məşğul olmağa başla”, - prezident deyib.

Həmin şəxs də Respublikaçılar Partiyasının tərəfdarı olan Frenk Douson olub. O, prezidentlə görüşə üzərində “Tramp-2020” yazılan köynəklə gəlmişdi.

Daha sonra prezidentdə səhv etdiyini bildiriblər, o da təyyarədə olarkən Dousona zəng edərək dəstəyə görə təşəkkür edib. Amma Tramp gəncdən üzr istəməyib.